• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib

GÜNDƏM

26 Iyul 2024 | 14:32

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlara şəhərin tarixindən, işğal zamanı məruz qaldığı dağıntılardan danışılıb.

Səyyahlar Laçın ərazisində aparılan bərpa işlərinin nəticələri ilə tanış olublar.

Qeyd edək ki, son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vilinin (Charles Veley) rəhbərliyi ilə 13 ölkədən 35 tanınmış səyyah daxildir. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Səfər dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024