Biləsuvarda yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki, yanğın rayonun Zəhmətabad kəndində qeydə alınıb. Ümumi sahəsi 256 m² (hər mərtəbəsi 128 m² ) olan ikimərtəbəli evin birinci mərtəbəsinin yanar konstruksiyaları 68 m² sahədə, ikinci mərtəbəsinin yanar konstruksiyaları 98 m² sahədə və çardağı 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















