• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Bina sakinlərlə birlikdə satıldı

DÜNYA

09 Avqust 2023 | 00:31 | Müəllif: Subhan Mahmudov

Bina sakinlərlə birlikdə satıldı

Rusiyanın Lipetsk vilayətinin Dankov şəhərindəki bina sakinləri ilə birlikdə satılıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə yerli deputat Anatoli Yemelyanova istinadən xəbər yayılıb.

Binanın üst mərtəbəsində qeydiyyatda olan Daxili İşlər Nazirliyi veteranları bildiriblər ki, binanın yeni ev sahibi onları məhkəmə yolu ilə mənzillərindən çıxarmaq istəsə də, işi uduzub. Lakin bundan sonra binada rabitə, ikinci mərtəbə isə kanalizasiya, su, istilik xətti kəsilib və yaşayış üçün dözülməz şərait yaradılıb.

Deputatın sözlərinə görə, binanın özü çox bərbad vəziyyətdədir və təmirə ehtiyacı var. Amma regional rəhbərlik problemi binanın yeni sahibinin boynuna atır ki, bu da sakinlərin küçədə qalması təhlükəsi yaradır.

Deputat bütün instansiyalara, o cümlədən Daxili İşlər Nazirliyinin rəhbərinə rəsmi müraciət edəcəyinə söz verib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026