• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Binəqədi İH sakinin şikayətinə baxmır - ƏTRAFLI

CƏMİYYƏT

31 Avqust 2021 | 15:48

Binəqədi İH sakinin şikayətinə baxmır - ƏTRAFLI

Redaksiyamıza edilən şikayətə əsasən Binəqədi rayonu ərazisində yaşayan Səmilə Əsədova 2019-2020-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etməsinə baxmayaraq, ona heç bir yardım edilməyib. Qeyd edək ki, Səmilə xanımın fiziki məhdudiyyəti olduğu üçün rahat yeriyə və çölə çıxa bilmir, oğlu və qızı ilə şəraitsiz bir evdə tək yaşayır. Bir müddət qonşuları və ətrafda yaşayanlar yardım edib, ancaq zamanla onlar da etdikləri yardımı azaldıb.

Bakıvaxtı.az vətəndaşın şikayəti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək əlaqə saxlamaları üçün Səmilə Əsədova ilə bağlı bütün məlumatları və əlaqə nömrəsini təqdim etdi. Lakin Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumatda Səmilə xanımın 2019-2020-ci illərdə müraciət etmədiyi bildirilir.

Həmçinin bizim müraciətimizdən sonra Səmilə Əsədova ilə şəxsən heç bir əlaqə saxlanılmadı. Cavab olaraq isə bunlar deyildi:

“Biz o məsələni araşdırdıq, xanımı rayonumuzun aztəminatlı sakini kimi humanitar aksiyalar çərçivəsində daim nəzarətdə saxlayacayıq. Onu ərzaq yardımı ilə və yaxud gələcəkdə ola bilər hansısa xeyriyyəçilik aksiyası zamanı maddi və mənəvi təmin edəcəyik. Lakin hal hazırda aylıq sosial müavinət və digər yardımlar üçün aidiyyati üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya rayonumuz üzrə olan DOST mərkəzinə müraciət etməyi tövsiyyə olunur”.

Aytac Aslan


Binəqədi İH sakinin şikayətinə baxmır - ƏTRAFLIBinəqədi İH sakinin şikayətinə baxmır - ƏTRAFLIBinəqədi İH sakinin şikayətinə baxmır - ƏTRAFLIBinəqədi İH sakinin şikayətinə baxmır - ƏTRAFLIBinəqədi İH sakinin şikayətinə baxmır - ƏTRAFLI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026