• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çayın ortasındakı heykəl hər kəsi qorxutdu

CƏMİYYƏT

30 Sentyabr 2021 | 14:36

Çayın ortasındakı heykəl hər kəsi qorxutdu

İspaniyanın Bilbao şəhərində yerləşən Nervion Çayında maraqlı anlar yaşanıb. Keçən həftə çaya qoyulan "boğulan qadın" heykəli yoldan keçənləri heyrətə gətirib. Şəhər sakinləri qadının üzünü görəndə böyük narahatlıq keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Bask dilində "sabah" mənasını verən "Bihar" heykəlinin, iqlim dəyişikliyi probleminə diqqəti cəlb etmək və davamlılığı təşviq etmək üçün BBK Vəqfi ilə birlikdə başladılan kampaniya çərçivəsində Meksikalı hiperrealist rəssam Ruben Orozco tərəfindən hazırlandığı məlum olub.

İspan mediasına danışan Orozco kampaniyanın məqsədinin "insanlara hərəkətlərinin bizi batıra biləcəyini və ya bizi suyun üzərində saxlaya biləcəyini" bildirmək olduğunu söyləyib. Ağırlığı 120 kiloqram olan, su axını ilə suyun səthinə qalxan və batan heykəl fiberglasdan hazırlanıb.

Heykəlin çox real bir görünüşə sahib olması ətrafdakıları qorxutmaqla yanaşı, həm də təəccübləndirib. Şəhər sakinləri heykəlin onları narahat etdiyini və qadının üzündə heç bir narahatlıq ifadə etmədən həyatına son qoymaq istədiyini sandıqlarını söyləyiblər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026