“Aeroflot” şirkətinin Moskva və Sankt-Peterburq arasında 4 reysi ləmv edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, aviadaşıyıcının mətbuat xidməti bunun Pulkovo hava limanındakı əlverişsiz şəraitlə əlaqdar olduğunu bildirib.
Məlumata görə, pis hava şəraiti ilə əlaqədar SU016 və SU022 Moskva – Sankt-Peterburq reysləri Pulkovoya qayıdıb.
“Bundan əlavə, eyni səbəbdən Aeroflot 27 noyabr 2023-cü il tarixində Moskva və Sankt-Peterburq arasında aşağıdakı reysləri ləğv etmək qərarına gəlib: SU016/017, SU022/023, SU024/025, SU026/027, SU030/031”, - deyə məlumatda vurğulanır.
Aviaşirkətin sərnişinləri uçuşların ləğv edilməsinə baxmayaraq, digər tarixlərə biletləri pulsuz olaraq yenidən rəsmiləşdirə və ya pulunu aldığı yerdə geri qaytara bilərlər.
Bu arada, “Yandex Cədvəl” xidmətinin məlumatına görə, paytaxt hava limanlarında 68 reys gecikib və ləğv edilib.
Onlayn tabloya görə, Vnukovoya 13 reys gecikib, daha üç reys isə ləğv edilib. Şeremetyevoya 20 uçuşun vaxtı dəyişdirilib, daha 11 reys baş tutmayacaq. Domodedovodan altı reys yerinə yetirilməyəcək, daha 15-i başqa vaxt yerinə yetiriləcək.
Şeremetyevo mətbuat xidməti əvvəllər sərnişinlərə hava limanına əvvəlcədən getməyi tövsiyə edib. Onlar xatırladıblar ki, bu gün Moskva və Moskva vilayətində çətin hava şəraiti və güclü qar yağacağı proqnozlaşdırılır.
Murad Məmmədli