• Bakı 18° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

“Bitcoin” ucuzlaşır 

İQTİSADİYYAT

08 Oktyabr 2026 | 09:34 | Müəllif: Günəş Mərd

“Bitcoin” ucuzlaşır

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,57% azalaraq 82 815,30 ABŞ dollarına enib. Kriptovalyuta son 7 gündə 0,98% ucuzlaşsa da, son 30 gündə 4,95% bahalaşıb.

    “Ethereum” 1,75% ucuzlaşaraq 2 566,87 dollara, “Zcash” 1,85% geriləyərək 1 303,60 dollara, “Monero” isə 0,39% azalaraq 559,63 dollara enib.

    “Bitcoin Cash”in qiyməti 2,76% azalaraq 298,74 dollara, “Bittensor” 2,20% ucuzlaşaraq 288,84 dollara, “Solana” isə 2,02% geriləyərək 115,89 dollara düşüb.

    Bununla yanaşı, BNB ümumi bazar dinamikasından fərqli olaraq 0,38% bahalaşaraq 769,93 dollara yüksəlib.

    Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma müşahidə olunub. “PAX Gold” (PAXG) 0,19% azalaraq 4 142,57 dollara, “Tether Gold” (XAUT) isə 0,27% geriləyərək 4 135,19 dollara enib.

    “CoinMarketCap 20” indeksi son 24 saatda 1,30% azalaraq 171,18 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,66 trln. dollar səviyyəsində qərarlaşıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR