• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bitki çayları: Nəyi nə zaman içək?

CƏMİYYƏT

08 Aprel 2022 | 13:10 | Müəllif: Qalib İbrahimoğlu

Bitki çayları: Nəyi nə zaman içək?

Günümüzdə bir çox insan müxtəlif səbəblərdən qara çay əvəzinə bitki çaylarından istifadə edir. Ancaq internetdə bitki çayları haqqında minlərlə doğru və yanlış məlumatlar var. Kimisi bitki çayının faydalı, kimisi də ziyanlı olduğunu deyir.

Dietoloq Ofelya Tahirova Bakıvaxtı.az-a bitki çaylarına qarşı münasibətinin müsbət olduğuni bildirib: “Bitki çaylarının qəbul olunmasını tövsiyə edirəm. Çünki bitki çaylarının orqanizmə müsbət cəhətləri çoxdur, sidikqovucu, antibakterial xarakter daşıyırlar. Bəzi bitki çayları, hətta virus əleyhinə effektlidirlər”.

Onun sözlərinə görə, bitki çaylarının tərkibində çox miqdarda orqanizmə müsbət həm sakitləşdirici, həm doyma hissini artıran, həm də metobalizmi gücləndirən məddələr var. Bitkilər bir növ dərmam xarakteri daşıyır, ona görə də, onları kortəbii şəkildə, çox miqdarda istifadə etmək yanlışdır. Bu zaman orqanizmdə başqa problemlər yarada bilir: “Bu səbəbdən, ehtiyatla qəbul etmək lazımdır. Gün ərzində bir və ya iki fincan bitki çayı içmək məsləhətdir. Ondan artıq içmək olmaz. Xüsusulə də, ardıcıl olaraq uzun müddət eyni bitkidən istifadə etmək məsləhət deyil. Ən yaxşı halda bir bitkidən iki həftə istifadə etmək kifayət edir. Bir də miqdar çox önəmlidir. Bitkilərin çox miqdarda qəbulu orqanizmə mənfi təsir göstərə bilər”.

Dietoloq qeyd edib ki, bitki çaylarını əsasən yeməkdən bir saat sonra qəbul etmək lazımdır: “Bir də, xüsusilə bəzi insanlara bəzi bitkilər mənfi təsir göstərir. Misal üçün, elə insanlar var ki, yaşıl çay və ya kəklikotu çayından istifadə edən zaman onlarda təzyiq düşmələri baş verir. Ona görə də, hər bir insan öz orqanizminə uyğun bitkiləri qəbul edə bilər”.

Ümumiyyətlə, bitkilərin şəfası əvəzsizdir. Şəfalı bitkilərdən xüsusilə çobanyastığını misal çəkmək olar. Çobanyastığı həm sakitləşdirici xarakter daşıyır, həm mədə-bağırsaq sistemində müsbət təsir göstərir, həm də yuxunu qaydasına salır. Bu baxımdan, çox effektlidir.

İtburnu çayını da bura aid edə bilərik. İtburnu vitamin C ilə zəngindir, xüsusilə sidikqovucu, ödematıcı çaydır. Vitamin C ilə zəngin olduğu üçün immun sistemini də gücləndirə bilir. Amma böyrək daşı olan insanlar çox ehtiyatla qəbul etməlidir, çünki böyrəkdə olan daşların tərpənməsinə səbəb ola bilər.

“Əslində, bitki çayları haqqında çox danışmaq olar. Məsələn, zəncəfil də çox möcüzəvi bitkidir, immun sisteminə müsbət təsir göstərir, qan şəkərini normaya salır, uzun müddət tox tutur. Melisa çayı sinir sisteminə müsbət təsir edir, yuxu problemi olan insanlar istifadə edə bilər”, - deyə Ofelya Tahirova bildirib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026