• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Biz ailədə də türkcə danışırıq” - Mahir Emreli

İDMAN

14 Mart 2023 | 09:53

“Biz ailədə də türkcə danışırıq” - Mahir Emreli

“Konyaspor”da çıxış edən Mahir Emreli Türkiyə mətbuatına açıqla verib.

Bakıvaxtı.az xəbər verir ki, millimizin üzvü "konyabakis.com" saytına danışıb. 26 yaşlı forvard tezliklə qələbələrin gələcəyini deyib:

“Hücumda kreativ olmalıyıq. Gec-tez qələbələr və qollar mütləq gələcək. Yeni transferlərlə ilk matçımıza çıxdıq. Qələbə qazanmaq istəyirdik. Bu da meydanda görünürdü. Müdafiəyə oturmadan hücum futbolu oynadıq. Deməli bu mübarizə və bu futbol kifayət etmir. Daha çox çalışıb hücumda kreativ olmalıyıq”.

Türk dilində müsahibə verən Mahirin jurnalistə cavabı maraqlı olub. O, ailəsində də türkcə danışdığını bildirib:

“Mən zatən türkəm. Bunu deməyimə ehtiyac yoxdur. Biz ailədə də türkcə danışırıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026