• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Biz bu döyüşdə qalib gələcəyik" - Zelenski

DÜNYA

31 Mart 2023 | 17:24

Biz bu döyüşdə qalib gələcəyik - Zelenski

"Ukrayna xalqı zəmanəmizin ən böyük anti-insan qüvvəsini dayandırıb, hansı ki, insana məna verən hər şeyi xar və məhv etmək istəyir".

Bakıvaxtı.az-ın unian-a ustunadla verdiyi məlumata görə, bunu prezident Vladimir Zelenski Buça şəhərində Kiyev vilayətinin işğaldan azad edilməsinin ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edərkən deyib.

Onun sözlərinə görə, Buça küçələrində dünya əsl rus şərini maskasız görüb.

"Unutmağa imkan verməyəcəyik! İnsan ləyaqəti unutmağa imkan verməyəcək! Dünya Buça küçələrində rus şərini, maskasız şərini gördü. Kremlin Ukraynanın digər küçələrinə nə gətirməyə çalışdığını gördü", - deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti qeyd edib ki, Rusiyanın işğalından sonra dünyanın həqiqətən dəyişdiyini, dünyanın həqiqətən də oyandığını gördükdən sonra Buça şəhərə çevrilib, 

"400 gündən artıqdır ki, Ukrayna xalqı tamamilə Rusiyanın soyqırım, genişmiqyaslı təcavüzünün dəf edilməsinə yönəlib. Dostlarımız Ukraynaya kömək edir. Onlar bu gün buradadırlar. Biz onlara minnətdarıq"..

Prezident bildirib ki, Ukrayna torpağında azad dünyanın təməli uğrunda döyüş gedir.

"Biz bu döyüşdə mütləq qalib gələcəyik. Rus şəri məhz burada - Ukraynada yıxılacaq və bir daha ayağa qalxa bilməyəcək. Bəşəriyyət qalib gələcək. Amma bəşəriyyət qəhrəmanlığı və möhkəmliyi ilə hər kəsə gələcək bəxş edən hər bir Ukrayna şəhərini xatırlamalıdır. Ən vacib şeyi - həyatı qiymətləndirin", - Vladimir Zelenski deyib.

İsmayıl Alısoy


SON XƏBƏRLƏR