ABŞ dövlət katibi Antoni Blinken Suriyada əhatəli və hesabatlı hökumətə doğru sülh yolu ilə siyasi keçidi dəstəklədiklərini bildirib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin verdiyi yazılı açıqlamaya görə, Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Əl Səud ilə telefonla danışıb.
Görüş zamanı Blinken Birləşmiş Ştatların Suriyada inklüziv və hesabatlı hökumətə doğru dinc siyasi keçidə dəstəyini təsdiqləyib.
Blinken qeyd edib ki, bütün suriyalıların hüquq və əsas azadlıqlarına hörmətlə yanaşılması və Suriyanın terror bazası kimi istifadə edilməsinin qarşısının alınması beynəlxalq ictimaiyyətin ortaq məqsədidir.
Blinken həmçinin beynəlxalq ictimaiyyətin Suriya ərazisində humanitar yardım axınını asanlaşdırmalı olduğunu bildirib və Səudiyyə Ərəbistanı hökumətinə Suriya xalqına yardım etdiyinə görə təşəkkür edib.
Nuriyyə Musayeva