Gündəlik həyatımızda etdiyimiz bir sıra yalnışlar tez qocalmağımız gətirib çıxarır.
Bakıvaxtı.az tez qocalığa aparan gündəlik edilən yalnışların siyahısını təqdim edir:

1. Gündə 8 saatdan çox oturmaq - Günün çox hissəsini oturan insanlar 8 yaş daha qoca görünürlər. 1500 qadın üzərində araşdırma aparan mütəxəssislər bu vəziyyətin hətta DNT-mizə də təsir etdiyinji vurğulayıblar. Müvafiq olaraq, uzun müddət oturmaq xromosomların uzunluğunu qısalda bilər. Qısaldılmış xromosomlar da bəzi xəstəliklərə səbəb ola bilər. Buna görə də ekspertlər gündə ən azı 30 dəqiqə idman etməyi və hər 30 dəqiqədən bir az da olsa yeriməyi tövsiyə edirlər.

2. Çox ağır sırğalar taxmaq - Ağır sırğalar qulaqların həssas nahiyələrini zədələyir. Dəriniz normaldan daha çox uzanır və elastikliyini itirir. Bu, ilk baxışdan qocalmanın əhəmiyyətsiz faktoru kimi görünə bilər, lakin qulaqlarımız bədənimizin görünən hissəsidir.

3. Hormon səviyyələri yoxlanılmır - Yaşla əlaqədar hormon səviyyələrimiz dəyişir və bir balanssızlıq varsa, bütün bədənimizə təsir göstərir. Bu, nəinki əhval dəyişikliyinə səbəb ola bilir, həmçinin dəriniz və saçınızı dəyişə və həmişəkindən daha pis görünə bilər. Tez qocalmaq istəmirsinizsə, ildə bir dəfə qan testi etdirin və hormonlarınızı yoxlayın.

4. Həddindən artıq qırmızı ət yemək - Bu, yalnız qırmızı ət yeməkdən tamamilə imtina etmək deyil, daha çox istehlak etdiyiniz miqdardır. Araşdırmalar göstərir ki, çox qırmızı ət və çox az meyvə və tərəvəz yemək sizi daha yaşlı göstərir. Çünki bu tip pəhriz qanda serum fosfat səviyyəsini artırır. Bu, həmçinin xroniki böyrək xəstəliyinə də səbəb ola bilər.

5. Dostların olmaması - Dostluq və sosial həyatınıza laqeyd yanaşmaq sağlamlıq problemlərinə və daha sürətli yaşlanmağa səbəb ola bilər. Yalnızlıq da ölüm riskini artıran faktordur. Əslində, tənha hiss etməyin təsirləri demək olar ki, siqaret çəkməyə bərabərdir.

6. Pəhrizin tez-tez dəyişdirilməsi- Sağlam və formada qalmaq üçün müəyyən qidalanma rejiminə əməl etməliyik. Pəhrizlərimizi çox tez-tez dəyişdirdiyimiz zaman bədənimizi stresə salaraq özümüzə zərər verə bilərik. Təəssüf ki, stress bizi daha tez qocaldır. Bundan əlavə, qidalanma tərzində qısamüddətli dəyişikliklər əzələ və sümük itkisinə səbəb ola bilər. Nəticədə bu, erkən qocalmağa səbəb olur.

7. Şüşədən su içmək - Şüşədən su içmək kimi gündəlik vərdişlər dodaqlarınızda çox dərin qırışlar yarada bilər. Təbii ki, bunun bioloji yaşlanma ilə heç bir əlaqəsi yoxdur, ancaq əlavə qırışlar sizi daha yaşlı göstərə bilər.

8. Tez-tez təyyarə ilə uçmaq - Təyyarə kabinlərində rütubət adətən 20 faizdən az olur. Beləliklə, uçuşdan sonra dərimizin quruması təəccüblü deyil! Bunun qarşısını almaq üçün yanınızda kiçik bir nəmləndirici götürün və daha çox su için. Bu, uzun uçuşlarda xüsusilə vacibdir. Təyyarələr də sızanaq yarada bilən bakteriyalarla doludur. Uçuşdan sonra çantanızda bir az antibakterial salfetlə üzünüzü silməyi unutmayın!

9. İdmandan sonra duş qəbul etməmək - Bu, təkcə gigiyena məsələsi deyil. Tərləmə dərini qıcıqlandıra və qocalmağa səbəb ola bilər. İdman etdikdən sonra evdə duş qəbul etmək istəyirsinizsə, heç olmasa fitnes salonundan çıxmazdan əvvəl üzünüzü yumağı unutmayın.
Nuranə Daxilqızı
















