• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Blue Origin" NASA -nı məhkəməyə verib

CƏMİYYƏT

24 Avqust 2021 | 17:25

"Blue Origin" NASA -nı məhkəməyə verib

Jeff Bezosun "Blue Origin" şirkəti 2,9 milyard dollarlıq aya eniş müqaviləsini "SpaceX"-ə verən NASA -nı məhkəməyə verib. "Blue Origin" mövzu ilə bağlı açıqlamasında, sözügedən sistemi qurmaq üçün iki şirkətin tələb olunduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, 191 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamı Jeff Bezos və 180 milyard dollarlıq sərvəti ilə dünyanın ikinci ən varlı adamı Elon Maskın kosmik şirkətləri NASA tenderi ilə üz -üzə gəlib.

NASA Elon Mask -ın "SpaceX" -ə 2,9 milyard dollarlıq aya eniş tenderini verib. Bezosun sahib olduğu "Blue Origin" 2024 -cü ildə astronavtları Ayın səthinə aparacaq eniş sisteminin inşasına dair müqavilənin təməl problemlərinin olduğunu qeyd edərək məhkəməyə müraciət edib.

NASA -ya qarşı iddia açan Blue Origin, agentliyi tender prosesində qeyri -qanuni təklifləri qiymətləndirməkdə günahlandırdı. Bundan əlavə, NASA -nın tenderdən əvvəl 2 şirkətə müqaviləni verəcəyi gözlənilirdi. Ancaq təəccüblüdür ki, tenderə yalnız "SpaceX" layiq görülüb.

"Blue Origin" mövzu ilə bağlı verdiyi açıqlamada sözügedən sistemi qurmaq üçün iki şirkətin tələb olunduğunu bildirib. "Bu ərizədə yer alan məsələlər ədalətli rəqabətin və ABŞ üçün Aya təhlükəsiz qayıdışın təmin edilməsi üçün həll edilməlidir" deyilib.

Buna cavab olaraq, NASA -nın kəşfiyyat proqramının rəhbəri Kathy Lueders, agentliyin büdcəsinin bu iki şirkəti seçməsinə mane olduğunu qeyd edib.

NASA ittihamlara oktyabrın 12 -ə qədər cavab verməlidir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026