Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ildə aclıqla mübarizə aparan insanların sayını açıqlayıb.
Bakıvaxtı.az qurumun rəsmi açıqlamasına istinadən xəbər verir ki, 2023-cü ildə aclıqdan əziyyət çəkən insanların sayı 733 milyon olub.
Bu isə o deməkdir ki, dünyadakı hər 11 nəfərdən 1-i aclıqla mübarizə aparır.
Bildirilib ki, aclıqla mübarizə aparan əhalinin nisbəti Afrikada 20,4-ə faizə yüksəlib. Cənubi Amerikada bu nisbətin azaldığı, Asiyada isə sabit qaldığı qeyd edilib.
Əli Hüseynov















