• Bakı 12° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

BMT Əfqanıstandakı missiyasının mandatını uzadıb

DÜNYA

17 Mart 2025 | 21:40

BMT Əfqanıstandakı missiyasının mandatını uzadıb

BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) müddətini daha bir il uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, Əfqanıstanla bağlı keçirilən iclasda səsverməyə çıxarılan qətnamə layihəsi yekdilliklə qəbul edilib.


Qətnamədə UNAMA-nın səlahiyyətlərində heç bir dəyişiklik edilmədən missiyanın müddətinin 17 mart 2026-cı il tarixinədək uzadıldığı bildirilib.

Qeyd edək ki, UNAMA 2002-ci ildə BMT TŞ-nin 1401 saylı qətnaməsi ilə yaradılıb və hər il müddəti uzadılıb. Mərkəzi qərargahı Kabildə yerləşən UNAMA-nın təxminən 1 200 əməkdaşı var./report


SON XƏBƏRLƏR

17 Mart 2025