• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

BMT İnkişaf Proqramı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İQTİSADİYYAT

25 Sentyabr 2021 | 18:05

BMT İnkişaf Proqramı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT İnkişaf Proqramının (UNDP) Azərbaycanda fəaliyyət müddəti başa çatan rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, iqtisadiyyat naziri UNDP-nin ölkəmizdə gördüyü işlərin, həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğulayıb, rezident nümayəndəyə səmərəli fəaliyyətinə görə minnətdarlıq edib, gələcək işlərində uğurlar arzulayıb. Görüşdə UNDP-nin innovasiya, “yaşıl iqtisadiyyat”, regionlarda sosial-iqtisadi və biznes əlaqələrinin genişləndirilməsi kimi istiqamətlər üzrə göstərdiyi dəstəyin əhəmiyyəti qeyd edilib.

Alessandro Frakassetti fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkür edib, Azərbaycan hökuməti tərəfindən UNDP-nin ölkəmizdə fəaliyyətinin səmərəli təşkilinə göstərilən dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, UNDP “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə və “2021-2025-ci illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq Azərbaycan hökumətinə dəstək verməyə hazırdır.

Tərəflər UNDP-nin Azərbaycanda fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026