• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT-nin 9 əməkdaşı  işdən çıxarıldı - SƏBƏB

DÜNYA

06 Avqust 2024 | 12:24

BMT-nin 9 əməkdaşı işdən çıxarıldı - SƏBƏB

BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım Agentliyində (UNRWA) çalışan doqquz əməkdaş işdən azad olunub.

Bakıvaxtı.az Sky News-a istinadən xəbər verir ki, bu əməkdaşlar HAMAS-ın 7 oktyabrda İsrailə qarşı hücumunda iştirak etməsi ilə bağlı araşdırmadan sonra işdən qovulub

İsrailin iddialarından sonra UNRWA-nın bəzi işçilərinin hücumda mümkün iştirakı yanvar ayından bəri araşdırılır.

BMT-nin Daxili Nəzarət Xidməti HAMAS yaraqlılarının İsrailə 7 oktyabr hücumunda UNRWA-nın doqquz əməkdaşının potensial iştirakına dair kifayət qədər sübut tapdığını bildirib.

Qeyd edək ki, İsrailin ittihamlarına cavab olaraq UNRWA HAMAS ilə hər hansı əməkdaşlığı inkar edib və təşkilat İsrailin Qəzzada apardığı müharibə nəticəsində 200-dən çox əməkdaşının öldürüldüyünü bildirib.

Xatırladaq ki, Agentlik daha əvvəl 12 işçini işdən azad etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026