• Bakı 10° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

BNA-dan güclü küləklə bağlı XƏBƏRDARLIQ

GÜNDƏM

06 Aprel 2021 | 09:16

BNA-dan güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi (BNA) güclü küləlkə bağlı sərnişinlərə müraciət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, BNA hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırır:

"Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026