• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bölgələrdə universitetlər yaradılmalıdır

SİYASƏT

05 Aprel 2024 | 11:26 | Müəllif: Qalib İbrahimoğlu

Bölgələrdə universitetlər yaradılmalıdır

“Bu gün Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərindən danışırıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib. “Bəs bizə necə universitet lazımdır” deyən deputat bildirib ki, öncə bu suala cavab verilməlidir.

Onun sözlərinə görə, bu universitetin Bakıda yaradılması nəzərdə tutulur:

“Bu, harada yerləşəcək? Bakıdan Qazaxa qədər 500 km məsafə var. Orada universitetlər inşa edə və hətta onlara kampus da tikə bilərik”.

F.Mustafa hesab edir ki, Azərbaycanda daha çox texniki ixtisasları əhatə edən universitetlər yaradılmalıdır:

“Azərbaycanda texniki universitet yaradılmasına, regionlara ali təhsil müəssisələsini genişləndirməyə ehtiyac var. Hazırda universitet prioritet məsələlərdəndir. Bu iki universitetdə uğur qazansaq, bizim xeyrimizə olacaq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026