• Bakı 12° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Boliviyada fövqəladə vəziyyət elan edildi

DÜNYA

27 Mart 2025 | 09:01

Boliviyada fövqəladə vəziyyət elan edildi

Boliviya hökuməti yağışların səbəb olduğu daşqınlar nəticəsində son aylarda 50-dən çox insanın ölməsi səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Luis Arse bildirib.

“Təbii fəlakətlər ölkədə fövqəladə vəziyyət elan etməyə məcbur edir. Bu gün biz dəymiş zərərlə mübarizəyə cəlb olunan bütün qurumların işini sürətləndirəcək müvafiq fərmanı dərc etdik”, – o, hökumət üzvlərinin iştirakı ilə keçirilmiş mətbuat konfransında söyləyib.

Arsenin sözlərinə görə, leysan yağışlarından 209 bələdiyyə zərər çəkib. “Bu il [təbiət hadisəsi nəticəsində] 818 ev dağıdılıb, biz onları bərpa edəcəyik. Bizdə 51 nəfərin ölməsi, 8 nəfərin itkin düşməsi barədə məlumat var”, – dövlət başçısı söyləyib.

Boliviyada yağış mövsümü 2024-cü ilin noyabrında başlayıb. Son həftə ərzində vəziyyət kəskinləşib. İqtidarın məlumatına görə, söhbət son 40 ildə ən güclü yağışlardan gedir.


SON XƏBƏRLƏR