• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Borclu şirkətin qalib olduğu tenderlə bağlı AÇIQLAMA 

İQTİSADİYYAT

28 Iyul 2022 | 14:32

Borclu şirkətin qalib olduğu tenderlə bağlı AÇIQLAMA

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Aztikintiservis” MMC-nin dövlətə 7593 manat vergi borcu var. “Dövlət Satınalmaları haqqında” qanunun tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın informasiya sorğusuna "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC cavab verib.

"Qeyd olunan tender 08.06.2022 tarixində elan olunub. "Aztikintiservis" MMC tərəfindən müvafiq dövlət qurumundan əldə olunmuş və portala yerləşdirilmiş arayışda həmin tarixə qeyd olunan təşkilatın vergi borcu olmadığına dair informasiya öz əksini tapıb. Bundan əlavə “Dövlət Satınalmaları haqqında” qanunun 6.2.5 maddəsində xüsusilə "vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş" öhdəliklərdən söhbət gedir ki, bu da öhdəlik yaransa belə bunun mütləq şəkildə yerinə yetirilmə vaxtının keçməsi demək deyil. Öhdəlik yarandığı vaxtdan etibarən qanunvericiliyin müvafiq şərtlərinə əsasən onun üçün yerinə yetirilmə vaxtı müəyyənləşdirilir", - deyə ASC-dən bildirilib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026