• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Boris Nemtsovun anası vəfat edib - FOTO

 

CƏMİYYƏT

14 Fevral 2024 | 14:16

Boris Nemtsovun anası vəfat edib - FOTO

Rusiyalı mərhum müxalif siyasətçi Boris Nemtsovun anası Dina Nemtsova 96 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, nənəsinin ölümü barədə Kreml divarları yaxınlığında qətlə yetirilmiş siyasətçinin qızı Janna feysbukda məlumat verib.

Dina Nemtsova (Eydman) 3 mart 1928-ci ildə Nijni Novqorodda (o zaman Qorki) anadan olub. 1952-ci ildə Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. Əvvəlcə Murmanskda, sonra Soçidə və Qorkidə pediatr kimi çalışıb.

Keçmiş baş nazirin müavini, Dövlət Dumasının sabiq sədr müavini və Nijni Novqorod vilayətinin birinci qubernatoru Boris Nemtsov 2015-ci il fevralın 28-nə keçən gecə Bolşoy Moskvoretski körpüsündə öldürülüb.

 

Boris Nemtsovun anası vəfat edib - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026