“İnsanlarımız qidalarına diqqət etmədiyi təqdirdə bayramdan sonra həkimə ciddi şikayətlərlə müraciət edirlər”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında terapevt Nərminə Abbasova deyib.
Müsahibimiz istər Ramazan ayından, istəırsə də Novruz bayramından sonra pasiyentlərin qəbulunun artdığnı vurğulayıb.
Onun sözlərinə görə, bayramlarda orqanizmdə mənfiyə doğru dəyişmələr meydana gəlir, xəstəliklər baş qaldırır:
“İstər mədə-bağırsaq sistemində, şəkər xəstələrində şəkərin səviyyəsi, şəkərin təzyiqi ilə eyni zamanda qan təzyiqi qalxır, artıq çəki meydana gəlir. Buna görə də orqanizmdə əksinə uçurumlar olur”.
Terapevt qeyd edib ki, xroniki xəstəliklərin birdən-birə kəskinləşmələri baş verir:
“Bir həkim kimi tövsiyə edərdim ki, insanlarımız istər Ramazan ayında, istər Novruz nayramında qida qəbulunu norma daxilində qəbul etsinlər. Hər kəs öz nəfsini və qida qəbulunu nəzarətdə saxlamalıdır”.
Mina Mikayılova
















