Yuxusuzluğa səbəb olan qidalar müəyyənləşib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Bildirilir ki, axşam yeməyi üçün zülal və yağlı qidaların çox olması normal gecə yuxusuna mane ola bilər.
Bundan əlavə, axşam yeməyində qızardılmış ət və fast food yeməmək tövsiyə olunub, çünki bu məhsullar mədə-bağırsaq traktını stimullaşdırır, onu uzun müddət yükləyir və bu da yaxşı yuxuya mane olur.
Həmçinin, axşam saatlarında şokolad, qəhvə və tünd rəngli çaydan imtina etmək məsləhət görülüb. Bu qidalar və içkilər beyindəki adenozin reseptorlarını stimullaşdırır və bununla da yatmazdan əvvəl lazımsız enerji artımına səbəb olur.
Mina Mikayılova
















