• Bakı C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Böyük Britaniyada işsizlik səviyyəsi pik həddə çatıb

DÜNYA

16 Dekabr 2025 | 17:30

Böyük Britaniyada işsizlik səviyyəsi pik həddə çatıb

Böyük Britaniyada işsizlik səviyyəsi təxminən beş ilin ən yüksək səviyyəsinə çatıb və əməkhaqqı artımı yavaşlayıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) hesabatında yer alıb.

Hesabata görə, işsizlik səviyyəsi oktyabr ayında 5,1%-ə yüksəlib ki, bu da 2021-ci ilin yanvar ayından bəri ən yüksək səviyyədir. 

ONS həmçinin bildirib ki, avqust-oktyabr ayları arasında Böyük Britaniyada orta illik əməkhaqqı artımı 4,6%-ə qədər yavaşlayıb.
 
Mütəxəssislərə görə, işsizliyin artması ölkənin mərkəzi bankı olan İngiltərə Bankı tərəfindən əsas faiz dərəcəsinin azaldılmasına yol açır.

Gülşən Şərif


SON XƏBƏRLƏR