• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Böyük Vətən müharibəsi iştirakçısı vəfat etdi

CƏMİYYƏT

09 Oktyabr 2023 | 10:51

Böyük Vətən müharibəsi iştirakçısı vəfat etdi

Böyük Vətən müharibəsi iştirakçısı Tofiq Hüseynov dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, 101 yaşlı veteran ötən gün vəfat edib.

Qeyd edək ki, Hüseynov Tofiq Paşa oğlu 1922-ci ilin fevral ayında Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşında ikən Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026