• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Britaniya Azərbaycana “ağıllı” texnologiyaların gətirilməsində iddialıdır

GÜNDƏM

20 May 2021 | 20:58

Britaniya Azərbaycana “ağıllı” texnologiyaların gətirilməsində iddialıdır

Böyük Britaniya Azərbaycanda alternativ enerji sektorunun inkişafına öz töhfəsini verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan və Böyük Britaniya arasında Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının nəticələrinə dair təşkil olunan mətbuat konfransında Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qrem Stüart (Graham Stuart) deyib.

Onun sözlərinə görə, Böyük Britaniya Azərbaycanla neft-qaz sektorunda əməkdaşlığı davam etdirməklə yanaşı, həm də alternativ enerji sahəsinin inkişafına öz töhfəsini vermək niyyətindədir.

“Düşünürük ki, BP ilə yanaşı, Birləşmiş Krallığın digər şirkətləri də Azərbaycana təşrif buyurub, əldə etdiyi təcrübə ilə paylaşacaqlar digər”, - Q. Stüart qeyd edib.

Bununla yanaşı, nazir əlavə edib ki, Böyük Britaniya “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrində də kifayət qədər təcrübə toplayıb və Azərbaycana “ağıllı” texnologiyaların gətirilməsində iddialıdır.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026