• Bakı 19° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Britaniyada qadınlara qarşı şiddət epidemiyaya çevrildi

DÜNYA

01 Fevral 2025 | 09:39

Britaniyada qadınlara qarşı şiddət epidemiyaya çevrildi

Britaniyada qadın və qız uşaqlarına qarşı şiddət epidemiyaya çevrilib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Milli Audit İdarəsinin hesabatına görə, hökumətin strategiyalarına baxmayaraq, problem azalmır.  

2022-2023-cü illərdə qadına qarşı zorakılıq polisə bildirilən cinayətlərin 20%-ni təşkil edib. 2023-2024-cü illərdə cinsi hücum halları 3,4%-dən 4,3%-ə yüksəlib, təcavüz və cinsi zorakılıq hadisələri isə 34 mindən 123 minə çatıb.  

Yeni hökumət zorakılıq hallarını on il ərzində yarıya endirməyi planlaşdırır.
 

Ekspertlər isə effektiv mübarizə üçün dövlət qurumlarının koordinasiyalı işləməsinin vacib olduğunu bildirir.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026