• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

"Bu dəqiqə evlənə bilərəm..." - 92 yaşlı tanınmış loğman

CƏMİYYƏT

11 Mart 2026 | 13:50

Bu dəqiqə evlənə bilərəm... - 92 yaşlı tanınmış loğman

"Mən bu dəqiqə evlənə bilərəm, amma mən istəyən adam yoxdur, istəyirəm ki, cavan olsun".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı 92 yaşlı yazıçı-jurnalist, loğman və təbii üsullarla müalicə üzrə mütəxəssis Ərşad Əzimzadə deyib.

O, ailəsi haqqında fikirlərini bölüşüb:

"O vaxtı bir prinsip vardı. Namuslu olsun, həm də kasıb olsun. Çünki özüm kasıb idim. Atam deyərdi, ayağını yorğanına görə uzat, mən də atamın dediyinə əməl elədim, kəndin kasıb qızı ilə evləndim. Amma deməyəsən, təkcə özü yox, mənəviyyatı da kasıb oldu. İki kəlmə söz tapıb danışa bilmirdik. Bir qızımız oldu. Qız evlənəndən sonra ayrıldım, evi zadı verdim, bir dənə paltar götürdüm, çıxdım. Məni dəvət etdilər, gəldim Bakıya, "Azərbaycan gəncləri" qəzetində işlədim. Gördüm ki, kollektiv xoşuma gəlmir. Yazılarını oxuyurdum, mənə ləzzət edirdi, o qədər gözəl yazılar gedirdi. Amma gəldim, gördüm bunu yazan adamlar özləri keyfiyyətsizdirlər. Mürşüd Dadaşov adında biri vardı. O adam rayonlara gedəndə gərək ayağına maşın göndərəydilər, qayıdanda da dolu zənbillərlə yola salaydılar, cibinə çoxlu pul qoyaydılar. "Rəndə" adlı satirik səhifə buraxırdı. Kim pul vermirdisə, onu rəndələyirdi".

Ərşad Əzimzadə qeyd edib ki, o, boşandıqdan sonra yenidən ailə həyatı qurub:

"Evləndim. Amma övladımız olmadı. O, övladı olmadığı üçün ərindən ayrılmışdı. Bunu mənə dedi, dedim eybi yox".

Tanınmış loğman bildirib ki, o, istəsə, bu dəqiqə evlənə bilər:

"Amma istəmirəm. Çünki mən istəyən adam yoxdur. Mən istəyirəm cavan olsun, o da mənim kimi qocaya getməz. Düzdürmü? Mən istəyirəm ki, mənim kimi qidalansın. O da deyəcək, yox, mən şokolad yemək istəyirəm".


SON XƏBƏRLƏR