• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu direktor və direktor müavinlərinin maaşları artırılıb - CƏDVƏL

CƏMİYYƏT

09 Mart 2023 | 11:57

Bu direktor və direktor müavinlərinin maaşları artırılıb - CƏDVƏL

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxemi və məbləğləri, vəzifə maaşlarına əlavələrin məbləğləri dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 879 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 791 manat müəyyən edilib.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilmişdi. Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.


Bu direktor və direktor müavinlərinin maaşları artırılıb - CƏDVƏLBu direktor və direktor müavinlərinin maaşları artırılıb - CƏDVƏL
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026