Bakının bəzi ərazilərində su kəsiləcək.
Bu barədə Bakıvaxtı.az-a ADSEA-dan məlumat verilib.
Bildirilib ki, su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı 1,2,3,4,5, 6, 7, 8, 9-cu mikrorayonların və Rəsulzadə qəsəbəsinin bir hissəsində - "Vorovski" ərazisində gün ərzində suyun verilməsində fasilə yaranacaq.
Axşam saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.