• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu gün “Sabah” son oyununu keçirəcək

İDMAN

22 Noyabr 2023 | 10:07

Bu gün “Sabah” son oyununu keçirəcək

FIBA Avropa Kubokunda bu gün müntəzəm mövsümə yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da son oyununa çıxacaq.

D qrupunda yer alan ölkə çempionu Çexiyanın “Nimburk” klubu ilə qarşılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq VI turun matçı saat 19:00-da başlayacaq.

Hazırda hesabında 6 xal olan “Sabah”ın II mərhələyə vəsiqə qazanmaq şansı qalmayıb. “Nimburk” isə 9 xalla ikinci pillədə qərarlaşıb. Son tur ərəfəsində qrup lideri olan Türkiyə klubu “Bağçaşəhər” də 9 xala malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026