"Bu il şəhid ailələrinə 3 minə yaxın mənzil veriləcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
"Münaqişənin aradan qalxmasından sonra Azərbaycan hökuməti üçün prioritet vəzifələrdən biri şəhid ailələrinin, döyüşlər zamanı sağlamlığını itirmiş vətəndaşlarımızın yüksək diqqət və qayğı ilə əhatə olunmalarıdır. Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, şəhid ailələri, müharibə əlillərinin dövlət tərəfindən mənzillərlə və fərdi evlərlə təmin olunması, sosial müdafiə tədbirlərinin daha da genişləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Möhtərəm Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər keçirir, onları narahat edən məsələlər, problemlər həllini tapır" - deyə, S.Qafarova qeyd edib.
Sədr bildirib ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib:
"Təkcə keçən il 1572 mənzil verilib, bu il isə 3 minə yaxın mənzil veriləcək. Möhtərəm Prezident İlham Əliyev tərəfindən cari ilin yanvarında imzalanan sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək".
Nuranə Daxilqızı
















