• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Bu, millətin həyatı və əsəbləri ilə oynamaqdır" - Sabir Rüstəmxanlı

CƏMİYYƏT

17 Mart 2023 | 16:56 | Müəllif: Qalib İbrahimoğlu

"Bu, millətin həyatı və əsəbləri ilə oynamaqdır" - Sabir Rüstəmxanlı

"Xahiş edirəm, bizim müraciətlərə diqqətlə yanaşsınlar. Biz əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün görülən tədbirlərdən çox danışırıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, bu sahədə müəyyən islahatlar aparılır:

“Başa düşmürük, necə olur ki, ildən-ilə əhalinin narazılığı azalmaqdansa, artır. İşsizlik, sosial yardımların düzgün bölünməməsi, qohumbazlıq, rüşvətlə iş görmək, əhali üçün ayrılmış vəsaitlərin oğurlanması və s. üzdə olan problemlərdir. Təqaüd və maaşların artırılması ilə bağlı fikir səsləndiriləndən sonra bazarlarda kim necə istəyir, o qiymətidə qoyur. Bu, azad bazar siyasəti deyil, özbaşınalıqdır, millətin həyatı və əsəbləri ilə oynamaqdır. Bəzi vəzifə sahibləri özlərindən əvvəlki qoçu qardaşlarının taleyi haqqında düşünmürlər. Kadrların biri gedir, başqası gəlir, amma vəziyyət dəyişilmir".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026