Sabahdan dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışan müəllimlərin daimiləşdirilməsi prosesinə start verilir.
Bakıvaxtı.az xəbər verir ki, yeni qaydalara əsasən müsabiqədən keçən müəllimlərin işə qəbul olunduğu müddətdə 3 il fasiləsiz fəaliyyəti nəzərdə tutulub.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli tələb olunan şərtləri açıqlayıb.
Nurlan İsmayılbəyli bu ildən etibarən müəllimlərin işə qəbulu qaydalarında edilən dəyişiklikdən də danışıb (xəzərxəbər). Onun sözlərinə görə, müsabiqədə iştirak edəcək namizədlərin miq.edu.az/muqavile saytında qeydıyyatdan keçmələri vacibdir.
















