• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Təbliğatın arxasında əməl durmursa, bu, boşboğazlıqdır”

CƏMİYYƏT

30 Mart 2022 | 19:10 | Müəllif: Qalib İbrahimoğlu

“Təbliğatın arxasında əməl durmursa, bu, boşboğazlıqdır”

Cəmiyyət arasında müxtəlif mövzularda maarifləndirmə və təbliğat işləri aparılır. Ancaq, əksər vaxt bu maarifləndirmə işləri gözlənilən nəticəni vermir. Bəs təbliğatların nəticə verməməsinin səbəbi nədir?

“Əl-ələ” Valideyn Cəmiyyəti İctimai Birliyinin sədr müavini Əhməd Rəhmanov Bakıvaxtı.az-a bildirib ki, hər hansı bir təbliğatın arxasında faktlar və bu faktları təsdiq edən qüvvə durmalıdır: “Bizdə bu yoxdur. Məsələn, uşağa deyirik ki, oğurluq olmaz və buna görə cəza var. Əvəzində isə uşaq görür ki, tutaq ki, qonşunun atası 1000 manat əmək haqqı ilə beşotaqlı ev alır, bahalı maşın sürür, oğlunu bahalı kollecdə oxudur. Uşaq valideyninə sual verəndə ki, bəs sən bir həkim kimi nəyə görə ayda 500 manat əmək haqqı alırsan, avtobusla işə gedib-gəlirsən, valideynin cavabı qısa olur: “Filankəs oğrudur və ya rüşvətxordur””. Uşaq da görür ki, nəyə görəsə bu oğrunu tutan yoxdur. Belə uşağa nə təbliğ eləsən də inanmayacaq”.

Onun sözlərinə görə, təbliğatın arxasında əməl durmursa, bu, boşboğazlıqdır. Əksinə, təbliğat aparanın hörmətdən düşməsidir.

“Qısa bir misal da deyim. Kiçik oğlum bu yaxınlarda inşa yazırdı. Soruşdu ki, Azərbaycan cəmiyyəti ədalətli cəmiyyətdir? Dedim, yaz ki, hər bir cəmiyyətin özünə görə ədalət meyarı var. Uşaq internetdə, TV-də görür ki, o qaziyə, bu müharibə əlilinə yardım yığılır, evi başına uçur. Əvəzində isə hansısa məmurun iri villası var. Mən ona necə deyim ki, bu cəmiyyət ədalətli cəmiyyətdir. Sabah üzümə tüpürər o uşaq. Odur ki, onu başa saldım ki, varlıların, oğruların, rüşvətxorların öz ədalət anlayışı var, sadə zəhmətkeşin isə öz. Təbliğat da belədir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR