Hollandiyadakı məxfi kəşfiyyat xidmətləri mütəmadi olaraq jurnalistlərə mənbə ötürən, casus kimi fəaliyyət göstərməyi təklif edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropanın aparıcı qəzetlərindən olan NRC-nin xüsusi hesabatında bildirilir.
NRC-yə müsahibə verən 32 jurnalistin yarısı Hollandiya Kəşfiyyat İdarəsindən (AIVD) və Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətindən (MIVD) iş təklifi aldıqlarını bildirib. Qəzetin yazdığına görə, kəşfiyyat orqanları Yaxın Şərq kimi münaqişə zonalarında jurnalistlərlə əlaqə saxlamağa çalışır.
“Yeni Şəfəq” qəzetinin yazır ki, onlayn xəbər platforması olan PubLeaks-ə sızan, lakin dərc olunmayan bu sənəddə 8-i jurnalist olmaqla 21 kəşfiyyat mənbəsi və agentinin adı var idi. NRC qəzeti bu sənədlə bağlı kəşfiyyatla əlaqəli mövzularla məşğul olan və ya bu mövzularda işləyən 32 redaktor və müxbirdən müsahibə götürüb. Bu jurnalistlərin yarısı Hollandiyadakı iki kəşfiyyat xidmətindən məlumat ötürmək, informator kimi fəaliyyət göstərmək və casusluq etmək təklifi aldığını bildirib.
Təklif edilən türk əsilli jurnalist Sinan Can İraq və Əfqanıstanda xidmət etmiş mətbuat mənsubudur. BNNVARA media qurumunda çalışan Can bunun neqativ hal olduğunu və getdikləri ölkələrdə onların həyat təhlükəsizliyinin onsuz da problemli olduğunu və bu cür təşəbbüslərin onları daha da riskə atdığını bildirib. Jurnalistlərin sözlərinə görə, AİVD bəzi hallarda onlara pul ödəməyə hazır olduğunu bildirib. Qəzetə danışan AIVD-nin keçmiş rəsmisi kəşfiyyat qurumunun jurnalistləri işə götürdüyünü təsdiqləyib və Yaxın Şərqdə çalışan mətbuat işçilərinə üstünlük verildiyini vurğulayıb: “Struktur olaraq bunun baş verməsi normaldır. AIVD əməkdaşları xaricdə şəbəkə yaratmalıdırlar. Jurnalistlər də bunun bir parçasıdır”.
Aytac Aslan
















