• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu ölkədə peyvənd olunmayan qocalar cərimələnəcək

DÜNYA

15 Yanvar 2022 | 01:29 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə peyvənd olunmayan qocalar cərimələnəcək

Yanvarın 16-dan etibarən Yunanıstanda yeni növ koronavirusa qarşı peyvənd olunmayan yaşı 60-ı keçən şəxslər cərimə olunacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə hökumət sözçüsü Yannis Ekonomu bildirib.

Onun sözlərinə görə, sözügedən kateqoriyaya aid vətəndaşlara 16 yanvaradək azı 1 doza vaksin qəbul etməyə möhlət verilib. Bu tarixdən sonra peyvənd olunmayan yaşlılar hər ay 100 avro cərimə ediləcək.

Hökumət sözçüsü əlavə edib ki, reanimasiyaya yerləşdirilən hər 10 sakindən 7-nin yaşı 60-dan çoxdur. Süni tənəffüs cihazına qoşulan hər 10 pasientdən 9-u vaksin olunmayanlardır (apa). COVID-19-dan dünyasını dəyişən hər 10 nəfərdən 9-nun yaşı 60-ı keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026