• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkədə sentyabrda 3-cü doza vaksinasiyaya başlanılacaq

DÜNYA

25 Avqust 2021 | 19:00

Bu ölkədə sentyabrda 3-cü doza vaksinasiyaya başlanılacaq

Braziliyada sentyabrın ikinci yarısında koronavirus əleyhinə üçüncü doza vaksinasiyaya başlanılacaq.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Sentyabrın ikinci yarısından başlayaraq, iki dozanın tətbiqi arasındakı vaxtın azaldılması üçün COVID-19 üçün peyvəndlərin gücləndirici dozalarının, eləcə də "Pfizer" və "AstraZeneca" dərmanlarının paylanmasına başlanılacaq", - Nazirliyin tvitter səhifəsində deyilir.

Əsasən azı altı ay əvvəl COVID-19 əleyhinə immunizasiya kursunu bitirmiş 70 yaşdan yuxarı insanların peyvənd edilməsi də planlaşdırılır.

Rəsmi statistikaya görə, ölkənin 55,7 milyona yaxın sakini koronavirusa qarşı tam peyvənd olunub, təxminən 124 milyon insan birinci dozada peyvənd olunub.

Braziliyada koronavirusa ilk yoluxma ötən il fevralın 26-da təsdiqlənib. Ölkə yoluxma sayına görə ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir (20,6 milyondan çox insan). Ölənlərin sayına görə isə (575 mindən çox) ABŞ-dan sonra ikinci yerdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026