• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Bu ölkələr Türkiyə ilə müharibəyə HAZIRLAŞIR

DÜNYA

29 Avqust 2024 | 18:55

Bu ölkələr Türkiyə ilə müharibəyə HAZIRLAŞIR

Şərqi Aralıq və Egey dənizində müxtəlif təxribatlar törədən Yunanıstan 3 ölkəyə və Cənubi Kiprə dəstək verərək Türkiyə ilə müharibəyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin "Birlik" qəzeti məlumat yayıb.

Yunanıstan, Fransa, İtaliya və Cənubi Kiprin iştirakı ilə Şərqi Aralıq dənizi, Cənubi Egey və Krit adasının ətrafında genişmiqyaslı hərbi təlimlər keçiriləcək.

Təlimin keçiriləcəyi bölgələr arasında Türkiyənin Liviya ilə qurduğu dəniz yurisdiksiyaları da var.

14 sentyabr 2024-cü ildə başlayacaq "Eunomia-24" (Ədalət) adlı dördtərəfli təlimə Yunanıstanın Dəniz, Hərbi Hava Qüvvələri və Quru Qoşunları Xüsusi Birlikləri, digər ölkələr də Dəniz və Hərbi Hava Qüvvələri ilə iştirak edəcək.

Bildirilir ki, təlimin məqsədi aviasiya əməliyyatları sahəsində əməkdaşlığı gücləndirmək, regionda naviqasiya azadlığını təmin etmək, iştirakçı bölmələrin qarşılıqlı fəaliyyət və döyüş qabiliyyətini gücləndirməkdir.

Qeyd edək ki, “Eunomia” adlı təlim ilk dəfə 2020-ci ildə başlayıb./publika.az


SON XƏBƏRLƏR

13 Sentyabr 2024