• Bakı 17° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Bu parkda universitet binası tikiləcək - FOTOLAR

Gündəm

30 Yanvar 2023 | 16:15

Bu parkda universitet binası tikiləcək - FOTOLAR

Nərimanov rayonundakı Şəhriyar adına Mədəniyyət və İstrahət Parkında ali təhsil müəssisəsi inşa olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, böyük şair Məhəmmədhüseyn Şəhriyarın adını daşıyan parkda Azərbaycan-İtaliya Universiteti inşa ediləcək.

İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək.

İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Bu xüsusda, 2021-ci ildə ADA Universiteti ilə İtaliyanın adıçəkilən universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Ramid İbrahimov 


SON XƏBƏRLƏR

24 Aprel 2024