• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu prospektdə hərəkət məhdudlaşdırılacaq

CƏMİYYƏT

31 Mart 2022 | 17:13 | Müəllif: Qalib İbrahimoğlu

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu prospektdə hərəkət məhdudlaşdırılacaq

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə müraciət edib.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumata görə, 2 aprel saat 09-00-dan, 3 aprel saat 20-00-dək Bakı şəhəri, Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindən Ziya Bünyadov prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Səbail rayonu, Şamil Əzizbəyov küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tam məhdudlaşdırılacaq.

 Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026