• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu rayonda müharibə veteranlarına pul verilir - RƏSMİ

CƏMİYYƏT

10 Noyabr 2022 | 18:17 | Müəllif: Subhan Mahmudov

Bu rayonda müharibə veteranlarına pul verilir - RƏSMİ

İmişlidə Zəfər günü ilə əlaqədar müharibə veteranları, eləcə də digər sosial qruplara 100 manat bayram pulu verilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı.vs-ə müharibə veteranlarından biri məlumat verib.

O bildirib ki, yerli poçt şöbəsinə yaxınlaşaraq həmin məbləği almaq mümkündür.

Məsələyə aydınlıq gətirmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-yə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova məlumatı təsdiqləyib:

"Azərbaycan Respublikası Prezidentinin 03.06.2019-cu il tarixli, 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna qədər daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər, rayonların sərəncamında və istifadəsində saxlanılması” Qaydasına əsasən İmişli Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə vəsait ayrılıb.

Vətəndaşlara maddi yardımın verilməsi prosesi İmişli Rayon İcra Hakimiyyəti və İmişli Regional Poçt Filialı arasında bağlanılmış müqaviləyə əsasən Poçt Filialı tərəfindən həyata keçirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR