• Bakı 17° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bu rayonun qaz təchizatında fasilə yaranacaq

CƏMİYYƏT

28 Mart 2024 | 18:30

Bu rayonun qaz təchizatında fasilə yaranacaq

Sabah Qubanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə martın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR

27 Aprel 2024