• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bu şəxslərə müavinət ödəniləcək

CƏMİYYƏT

01 Mart 2024 | 14:55

Bu şəxslərə müavinət ödəniləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkünlərə müavinətin ödənilməsi məsələsinə aydınlıq gətirib.

Komitədən Bakıvaxtı.az-a bildirilib ki, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi’’ Qaydası ilə tənzimlənir.

Belə ki, vahid aylıq müavinətin ödənilməsi bir qayda olaraq, hər ayın sonunadək icra edilir. Fevral ayı üçün ödənişin bu gün bütün rayonlar üzrə bu gün tam başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, məcburi köçkünlərə verilən müavinətlərin gecikdirilməsi iddia olunur.


SON XƏBƏRLƏR

26 Iyul 2024