• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu şirkət daha 10 mindən çox aviareysi ləğv edəcək

CƏMİYYƏT

08 Iyul 2022 | 06:20 | Müəllif: Qalib İbrahimoğlu

Bu şirkət daha 10 mindən çox aviareysi ləğv edəcək

Böyük Britaniyanın “British Airways” aviakompaniyası personal çatışmazlığı səbəbindən avqustdan oktyabrın sonunadək daha 10 min 300 reysi təxirə salmaq qərarına gəlib.

Bakıvaxtı.az BBC-yə istinadla xəbər verir ki, aviabiletlərə tələbatın kəskin artması fonunda işçi çatışmazlığı şirkət üçün ciddi problemlər yaradıb. Məlumata görə, ləğv olunan aviareyslər “Heathrow”, “Gatwick” və “City” hava limanlarına təsir göstərəcək. “British Airways” aviakompaniyasının COVID sonrası bərpaya hazır olmaması aprel-oktyabr aylarında ümumilikdə 30 minə yaxın aviareysin ləğv olunması ilə nəticələnəcək.

Analitiklər hesab edirlər ki, bu qərar Böyük Britaniya hökumətinin hava limanlarında reys slotlarının imtiyazlı qaytarılması üçün müəyyən etdiyi müddətin iyulun 8-də başa çatması ilə əlaqəli ola bilər. Belə ki, bu, sifariş olunan uçuşları həyata keçirə bilməyəcəyi təqdirdə aviakompaniyaya cərimələrdən yayınmağa imkan verəcək.

Böyük Britaniyanın “Which” istehlak assosiasiyasının nümayəndəsi bildirib ki, minlərlə sərnişin xaotik ləğvlərlə üzləşdiyi vaxt, “British Airways” öhdəsindən gələ bilməyəcəyi reysləri aktiv reklam edib və bilet satıb.

Aviaşirkət koronavirus pandemiyası zamanı itkiləri azaltmaq üçün əməkdaşlarını əhəmiyyətli dərəcədə ixtisar etmək məcburiyyətində qalmışdı. 2020-ci ildə “British Airways” 10 min işçini, o cümlədən 4,7 min layner ekipajını işdən çıxarmışdı. Digər əməkdaşlar isə maaşlarının 10-35 faiz kəsilməsinə razılaşmışdı.

Qeyd edək ki, bir müddət öncə aviaşirkətin Londonun “Heathrow” hava limanındakı yerüstü personalı tətillərə başlamaq barədə razılığa gəlib. Aviakompaniyanın aksiyada iştirak edəcək 700-dən çox əməkdaşı pandemiya məhdudiyyətləri səbəbindən ixtisar olunan maaşların 10 faiz artırılmasını tələb edir. Böyük Britaniya mediasının məlumatına görə, hazırda “British Airways” rəhbərliyi aeroportdakı aksiyanı dayandırmaq üçün “Unite” həmkarlar ittifaqı ilə danışıqlar aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR