“Barselona” maddi problemlər səbəbindən klub televiziyasının fəaliyyətini dayandıracaq.
Bakıvaxtı.az-ın məlumatına görə, Kataloniya təmsilçisi hesab edir ki, bununla hər il 13 milyon avro qənaət etmək mümkün olacaq. Artıq telekanalın işçilərinə bu barədə məlumat verilib.
“Barça TV”nin fəaliyyəti iyunun 30-da dayandırılacaq.















