“I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox dolub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə əlaqədar baş tutan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, o cümlədən 8 ali təhsil müəssisəsində - Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 100% dolub.
“İlk dəfə qəbul aparılan Qarabağ Universitetinin plan yerləri 98.57%, Türkiyə – Azərbaycan Universitetinin plan yerləri 96.67%, İtaliya – Azərbaycan Universitetinin plan yerləri 95.52% dolub”.
Mina Mikayılova
















