Soyuq aylarda respirator virus infeksiyalarına yoluxma hallarında artım qeydə alınır. Buna infeksiyanın fəsilliyi deyilir. Hazırda koronavirusa yoluxma halı olduqca azalıb.
Bəs, payızda yoluxma sayının artması gözlənilirmi?
İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, dünya ölkələrində hazırda koronavirusa yoluxma halı yenidən artmaqdadır. Onun sözlərinə görə, ölkələr payızda yoluxmanın artması ilə bağlı hazırlıqlarını görməyə başlayıb.
N.Əzimli deyib ki, karantin qaydalarının yenidən sərtləşdirilməsi müzakirə edilir: "Azərbaycanda olan vəziyyət hazırda qənaətbəxşdir deyə, karantinin payızda sərtləşdirilməsi barədə danışmaq hələ tezdir. Lakin dünya ölkələri vəziyyətin pisləşməsini gözləmədən tədbirlər görməyə başlayır. Azərbaycanda yoluxma halı payızda da belə olsa, hesab edirəm ki, sərt karantinə getməyə ehtiyac olmayacaq”.
Nuranə Daxilqızı
















