• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilməyəcək

CƏMİYYƏT

18 Yanvar 2023 | 15:49 | Müəllif: Qalib İbrahimoğlu

Bu vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilməyəcək

Vergi Məcəlləsində son dəyişikliklərdə vergi ödəyicilərinin mənafelərinə xidmət edən bir sıra dəyişikliklər edilib.

Bakıvaxtı.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, onlardan biri də hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim olunmamasına görətətbiq edilən maliyyə sanksiyasının ləğv olunması ilə bağlıdır.

Təcrübədə bir sıra vergi ödəyiciləri (xüsusilə mikro sahibkarlıq subyektləri) bir çox hallarda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayışı təqdim etmir (əksər hallarda qanunvericiliyin tələblərini bilməməsi səbəbindən) və vergi orqanı tərəfindən həmin şəxslərə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunurdu. Bu isə vergi öhdəliyi yaranmayan vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmasına səbəb olurdu.

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, bundan sonra maliyyə sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan, yəni vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə tətbiq olunacaq.

Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayışı təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026